EN

Tramp ABŞ mediasını İran savaşına görə tənqid atəşinə tutub

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Amerika mediasını kəskin tənqid edərək ABŞ-ın İrana qarşı kampaniyasını uğurla apardığını bəyan edib.

Azpost.info bildirir ki, Tramp bəzi media orqanlarının baş verənlər barədə yanlış təəssürat yaratdığını və oxucuların Vaşinqtonun nəticə əldə etmədiyinə inanmasına səbəb olduğunu söyləyib.

Tramp xüsusilə The New York Times qəzetini xatırladaraq, onu “uğursuz nəşr” adlandırıb. Prezident iddia edib ki, onun reportajları insanların səhvən ABŞ-ın qalib gəlmədiyinə inanmasına səbəb ola bilər. O, Amerika ordusunun İrana müxtəlif vasitələrlə – hərbi, iqtisadi və digər təzyiq vasitələri ilə ciddi zərbələr endirdiyini iddia edib.

Amerika lideri həmçinin İran donanmasının faktiki olaraq yoxa çıxdığını, ölkənin hava qüvvələrinin artıq təhlükə yaratmadığını və raketlərin və dronların məhv edildiyini deyib. O, əlavə edib ki, düşmənin bir çox liderləri artıq məhv edilib və ABŞ-ın “misli görünməmiş atəş gücü”, əhəmiyyətli silah ehtiyatları və əməliyyatı davam etdirmək üçün vaxtı var. Tramp açıqlamasında əlavə edib: “Bu gün o ağılsız  alçaqların başına nə gələcəyinə baxın”.

Prezident həmçinin vurğulayıb ki, onilliklərdir İran hökuməti dünyada mülki şəxslərin qətlində iştirak edir. O qeyd etdi ki, indi ABŞ-ın 47-ci prezidenti olaraq bu rejimlə mübarizə aparmağı və onu sona çatdırmağı özünə şərəf hesab edir.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
5
1
azpost.info

2Sources