Azərbaycan Premyer Liqasının XXIV turunda “Araz Naxçıvan” “Karvan Yevlax”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq.
Naxçıvan təmsilçisində Mustafa Əhmədzadə sarı vərəqə limiti dolduğu üçün cəzalı durumdadır. Vanderson Melo, Ömər Buludov və Urfan Abbasov isə zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcəklər.
“Karvan-Yevlax”da isə iki futbolçu meydana çıxa bilməyəcə. Əli Abdullayev və Samuel Durant zədə səbəbindən görüşü buraxacaqlar.
Qeyd edək ki, Mərdəkandakı “Liv Bona Dea Arena”da baş tutacaq “Araz-Naxçıvan” – “Karvan-Yevlax” qarşılaşmasının saat 18:30-da başlayacaq.