EN

“Hakimlər dedi ki, ağ göy geyinsəz də, biz seçə bilməyəcəyik, icazə vermədilər” Şəmkirdə nələr baş verib?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bazar ertəsi Azərbaycan futbolu adına rəzalət yaşandı. Söhbət 2-ci liqanın 17-ci turu çərçivəsində keçirilməli olan “Şəmkir” - “Xankəndi” oyunundan gedir. Bu haqda qəzetimizin ötən sayında məlumat vermişdik, adı çəkilən klubların və PFL-in bəyanatı ilə tanış olmuşduz. İntizam Komitəsi srağagün bu oyunla bağlı qərarını açıqlasa da, daha dəqiqi, “Şəmkir”ə texniki məğlubiyyət versə də, yenə də qaranlıq qalan məqamlar var.İkiqat ölkə çempionu meydana ənənəvi ağ-qırmızı forma ilə çıxırsa, “Xankənd”inin göy rəngli forması da varsa, niyə komandaların forma rəngi ilə bağlı təzad yaranıb? “Xankəndi” Şəmkirə ikinci forma dəstini aparmayıbmı?Biz son iki gündə “Şəmkir” rəsmilərinə dəfələrlə zəng etdik. Təəssüf ki, həmişə əlaqə saxladığımız, qısa müddətdə cavab verən “Şəmkir”in prezidenti Vüsal Məmmədova indi nə mesaj çatır, nə də zəng. Biz də belədə hadisələrin şahidlərindən biri olan komandanın baş məşqçisi Rasim Əliyevlə əlaqə saxladıq: “İki formamız var. Biri ağ-göydü, biri də ağ-qırmızı. Ağ-qırmızı formada problem olduğuna görə meydana ağ-göy forma ilə çıxdıq. Hakimlər briqadası formaların rəngi oxşar olduğuna görə oyunun keçirilməsinə icazə vermədi. Rəqib də ağ rəngli forma ilə meydana çıxmışdı”. Təəssüf ki, tovuzlu mütəxəssis digər suallarımıza cavab vermədi.Təbii ki, “Xankəndi”nin də reaksiyasını öyrənmək vacib idi. Ona görə də klubun meneceri Rəşad Babayevlə danışdıq:

“Bizim iki forma dəstimiz – tam ağ rəngdə və tam göy rəngdə. AFFA nümayəndəsi də formalarımızı görüb. Ehtiyat formanı saatyarım sonra ortaya çıxarmq söhbəti yoxdu. Hakimlər dedilər ki, hər iki formanızın rəngləri rəqibin forması ilə qarışır. Hakim-inspektor da, AFFA nümayəndəsi də qeydlərini aparıb. Ev komandaları elektron poçt ilə məktub göndərərək hansı forma ilə çıxış edəcəyi haqda bizə məlumat göndərir, biz də formamızı buna uyğun seçirik. “Şəmkir” hansı forma ilə çıxacağını nəzərdə tutulan vaxtda, yəni oyundan iki gün əvvəl 16.00-a qədər deməyib, stadionda hamımıza sürpriz edib. Bizə poçtla məktub gəlmədiyinə görə fors-major halı nəzərə alıb, hər ehtimala qarşı Şəmkirə hər iki forma dəstini götürdük. Hakimlər dedi ki, ağ-göy geyinsəz də, biz seçə bilməyəcəyik, icazə vermədilər. PFL də açıqlamasında bildirib ki, üçüncü forma məsələsi AFFA və PFL-in təşəbbüsü ilə oldu. Tərliklə, başqa forma ilə oynamaq təklif etdilər. Əvvəlcə etiraz etdik, sonra futbol naminə, futbol olsun deyə razılaşdıq. Xərc çəkmişik, bir gün əvvəldən gedib yerləşmişik. Bunlar hamısı 2-ci liqa klubu üçün böyük xərcdi. Oyun saat 15.00-da start götürməliydi, sonra başlama vaxtı 16.30-a çəkildi. Yenə “Şəmkir” rəhbərliyi oyuna çıxmaqdan imtina etdi. Biz həmin vaxtda meydandaydıq. Nömrəli, nömrəsiz forma - fərqi yoxdu. Dedilər nömrə olmayacaq, biz də razılıq verdik. Oyunun keçirilməməsi bizim məsuliyyət deyil, oyunu təşkil edən quruma aid məsələdi. “Şəmkir” klubu alternativ formanı ortaya çıxarmır. Deyir ki, formalar guya Bakıya - atelyeyə göndərilib. Bütün gün pulsuzluqdan şikayətlənən klub Gəncə kimi böyük şəhərdə atelye tapmayıb, formaları Bakıya göndərib.... Bu bir qədər qəribə gəldi. AFFA-nın təyin etdiyi oyun saatında da meydana çıxmadılar. Vəziyyəti düzəltmək üçün heç bir addım atmadılar. Biz ora 3 xal üçün, futbol oynamaq üçün getmişdik, konsert çıxarmağa getməmişdik ki. Neyləmişiksə, PFL və AFFA-nın tövsiyəsi ilə etmişik”

.Onu da xatırladım ki, hər iki tərəfdən açıqlama İntizam Komitəsinin iclasından əvvəl alınıb.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
2
icma.az

3Sources