EN

Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb

Ötən il 1287 İİV infeksiyası ilə (insanın immun çatışmazlığı virusu) yaşayan şəxs Respublika QİÇS-lə Mübarizə Mərkəzində QİÇS-lə Mübarizə Mərkəzində yeni qeydiyyata alınıb.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.
 
Ümumilikdə ölkədə 11 900 nəfər QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.
 
Xatırladaq ki, İnsan İmmunçatışmazlığı Virusu (İİV) – İnsan orqanizmində immun sistemin tədricən zəifləməsi ilə xarakterizə olunan, müalicə edilən müxtəlif ağırlaşmalar və yanaşı xəstəliklərin inkişafına gətirib çıxaran xroniki infeksion xəstəlikdir. Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb.
 
Chosen
23
13
moderator.az

10Sources