EN

Əbdüləziz Kamilov: Azərbaycan bu proseslərdə kilid fiqur rolunu oynayır

BAKI, 13 mart. TELEQRAF

Müasir dövrdə iki qardaş Azərbaycan və Özbəkistan əlaqələri olduqca dinamik məcrada inkişaf edir. Bu tərəfdaşlıq liderlərimiz tərəfindən qurulan səmimi və möhkəm etimada əsaslanır.

Bu barədə Teleqraf-ın sualına cavabında Özbəkistan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri Əbdüləziz Kamilov bildirib.

Diplomatın sözlərinə görə, rəsmi Bakı və Daşkənd artıq yalnız ikitərəfli müstəvidə deyil, həmçinin Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən nəhəng coğrafi arealda fəaliyyət göstərir.

O vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sözügedən proseslərdə kilid fiqur rolunu oynayır: “Mərkəzi Asiya ölkələrinin sammitində Azərbaycanın iştirakı strateji əhəmiyyət daşıyır. Hesab edirəm ki, biz artıq beş deyil, altı yaxın dövlətin birliyinə çevrilmişik. Qlobal və regional problemlərin həllində tərəfdaşımızla ortaq baxış bucağına malikik”.

Müşavir həmçinin əlavə edib ki, paytaxtda keçirilən beynəlxalq forum dövlətlər arasında dialoq mühitinin yaranması üçün misilsiz platformadır.

Chosen
17
teleqraf.com

1Sources