EN

İran intensiv hava hücumuna məruz qaldı

İranın paytaxtı Tehran və ölkənin bir sıra digər bölgələri intensiv hava hücumlarına məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) teleqram kanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, İsrail Müdafiə Qüvvələri Tehran, Şiraz və Əhvazda İran rejiminin infrastrukturuna zərbələr endirərək onların sistemlərinə və imkanlarına ciddi ziyan vurub.

Bildirilib ki, zərbələr 12 mart tarixində baş verib. Şirazda ballistik raket istehsalı üçün istifadə edilən yeraltı obyektə zərbə endirilib. Tehranda hava hücumundan müdafiə sistemləri, silah və raket komponentləri istehsalı müəssisələri, Əhvazda isə müxtəlif qurumların komandanlıq mərkəzləri hədəfə alınıb.

"Associated Press" agentliyinin məlumatına görə, Tehran və ətraf ərazilər 13 mart səhər tezdən də intensiv hava hücumlarına məruz qalıb.

Yaxın Şərq ölkələri də İranın hücumları barədə məlumat yayıb. Bəhreyndə hava hücumu sirenləri səsləndirilib, Səudiyyə Ərəbistanında isə 28 dron vurulub.

İslam İnqilabı Keşikçiləri Korpusu İordaniyadakı Müvəffək aviabazasını, eləcə də Bəhreyn və Ərbildəki (İraq Kürdüstanı) Amerika hərbi bazalarını hədəf aldıqlarını açıqlayıb. Həmçinin zərbələrin İsrailə də endirildiyi bildirilib.

Aminə ŞAHSUVARQIZI

Chosen
38
redaktor.az

1Sources