EN

UNCTAD ilə əməkdaşlığın gücləndirilməsi imkanları müzakirə olunub

“13-cü Qlobal Bakı Forumu çərçivəsində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi xanım Rebeka Qrinspan ilə görüşdük.

İqtisadi tendensiyalar, qlobal biznes mühitinin və beynəlxalq ticarət əlaqələrinin cari vəziyyəti barədə müzakirələrimiz oldu.

İqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal ticarət üzrə potensialın artırılması proqramlarının təşkili, innovasiya ekosisteminin dəstəklənməsi istiqamətində UNCTAD ilə əməkdaşlığın gücləndirilməsi imkanlarını vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Chosen
18
1
vergiler.az

2Sources