EN

Naxçıvanda vəzifəli şəxs həbs olundu

"Naxçıvan Taxıl Məhsulları" MMC-nin rəhbəri həbs olunub.

Ucnoqta.az Apa-ya istinadla xəbər verir ki, MMC-nin icraçı direktoru Şakir Tarverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Bununla bağlı Naxçıvan Şəhər Məhkəməsi qərar verib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şakir Tarverdiyevlə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham elan olunub.

Chosen
81
17
ucnoqta.az

10Sources