EN

“Həmin taxıl Fuad Nəcəflinin göstərişi ilə satılıb 10 ton taxılı satıb, pulunu da yeyiblər”

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Naxçıvan Taxıl Məhsulları MMC-nin sədri Şakir Tarverdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

"AzPolitika" "Gündəlik Naxçıvan"a istinadla xəbər verir ki, o, dövlətə məxsus 10 ton taxılın yeyintisində ittiham olunur.

Yaxınları isə onun günahsız olduğunu, dövlət əmlakını mənimsəmək səlahiyyətində olmadığını deyirlər:“Dövlətin taxılı Şakirin MMC-sinin anbarlarında saxlanılırdı. O vaxtkı səlahiyyətli nümayəndə Fuad Nəcəfli və baş nazir Ceyhun Cəlilovun göstərişi ilə həmin taxıl satılıb. Şakir sadəcə həmin taxılın qoruqçusu kimi məsul şəxs idi. Özləri götürüb satıblar ki, guya köhnəlib, alıb yerinə təzəsini qoyacaqlar. Lakin satıb pulunu yeyiblər. İndi pulu yeyənlər azadlıqda kef edir, birinin vəzifəsi böyüdülür, Şakir isə həbs olunur”.

Yaxınlarının sözlərinə görə, yerli hakimiyyətin məqsədlərindən biri də sahibkarı sıxışdıraraq onun obyektini əlindən almaqdır:“Prokuror gəldi, qorxudub pul aldı. Digərləri də həmçinin. İndi də deyirlər ki, obyekti bizə verməlisən. Axı bu qədər quldurluq olmaz. Günahsız yerə tutub o böyüklükdə MMC-yə əl qoymaq istəyirlər”.

Qeyd edək ki, Şakir Tarverdiyev Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə martın 7-də həbs olunub.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
2
azpolitika.info

3Sources