Bakı, 13 mart, AZƏRTAC
Hesabat ilində xüsusilə nəqliyyat, logistika və informasiya-rabitə sahələrində müşahidə olunan dinamika iqtisadiyyatın yeni artım mənbələrinin formalaşdığını göstərir. 2025-ci ildə qeyri-neft ÜDM-in 13 faizi bu sahələrin hesabına formalaşıb.
AZƏRTAC xəbər verir ki, bunu Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, yük və sərnişin daşımalarının artması Azərbaycanın regional tranzit rolunun möhkəmləndiyini təsdiqləyir və Orta Dəhliz strategiyasının real prosesə çevrildiyini göstərir.