"Məlum olduğu kimi, ötən həftə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına pilotsuz uçuş aparatlarının istifadəsi ilə hücum baş verib".
News365.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının təqdimatı zamanı çıxışında deyib.
Hökumət başçısı bildirib ki, baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev xalqının təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir:
"Onu da əlavə edim ki, son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda, Prezidentin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir".