EN

Bakıda ötən il yeni metrostansiyaların inşasına ayrılmış vəsaitin məbləği açıqlanıb

ain.az, Sia Az portalına istinadən məlumat verir.

"Bakı Metropliteni" QSC-yə ötən il dövlət büdcəsindən ayrılmış vəsaitin 190,4 milyon manatı əsaslı tikintiyə, 54,4 milyon manatı isə istismar fəaliyyəti üzrə işlərin yerinə yetirilməsinə yönəldilib.

SİA bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.

Sənədə əsasən, əsaslı tikinti üçün ayrılmış vəsait Bənövşəvi xəttin "8 Noyabr" (B-3)- "B-4" stansiyalararası mənzil tunellərinin, "B-4" stansiyasının tikinti layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinin davam etdirilməsinə, "B-4-B-8" stansiyalararası mənzil tunellərinin və "B-5", "B-6", "B-7", "B-8" stansiyalarının layihələndirilməsinə və tikintisinə yönəldilib. Bu vəsait o cümlədən "Xocasən" elektrik deposunun tikintisi layihəsi çərçivəsində memarlıq-tamamlama işlərinə, Yaşıl xəttin "Xətai-Y-20" (Yeni Günəşli) sahəsinin və "Dərnəgül" elektrik deposunun tikintisi layihəsi çərçivəsində layihələndirmə, obyektin saxlanma və mühafizə işlərinə, "28 May" stansiyasının yenidən qurulması (mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması) layihəsinin hazırlanmasına və tikintisinə, Qırmızı xəttin "İçərişəhər" stansiyasının arxasında dönmə qurğusunun layihələndirilməsi və tikintisinə sərf olunub.

Qırmızı xəttin "İçərişəhər" stansiyasının arxa hissəsində dönmə qurğusunun layihələndirilməsi və tikintisi üçün 1,2 milyon manat vəsait ayrılıb.

Hesabat dövründə əsas vəsaitlərin satınalınmasına 10 milyon manat vəsait yönəldilib və bu vəsaitin 9,9 milyon manatından istifadə edilib. Həmçinin "Həzi Aslanov" stansiyasının əsaslı təmirinin başa çatdırılması məqsədilə 20,8 milyon manat vəsait ayrılıb. İstismar fəaliyyəti üçün nəzərdə tutulmuş 54,4 milyon manat vəsaitin 20 milyon manatı DA-11 ("Xalqlar Dostluğu" stansiyası), D-1 ("28 May" vağzal), "Nəriman Nərimanov", "Ulduz", "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyalarında görülən iri həcmli işlərə yönəldilib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Sosial

Bakı metrosunun gəlirləri 15 % artıb

Sosial

“ASAN Viza” portalının türkmən dilində versiyası istifadəyə verilib

Sosial

Ötən il 64 nəfərə Azərbaycan vətəndaşlığı verilib

Sosial

AQTİ epidemioloq vəzifəsinə işə qəbul elan edir

Sosial

Sürət həddini aşmağa görə sizi postda saxlaya bilərlərmi? - AÇIQLANDI

Sosial

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir

Sosial

Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq

Sosial

Vatsapda valideynlər üçün yeni proqram yaradıldı - azyaşlılara nəzarət üçün...

Sosial

Azərbaycanlı alim 100 yaşında vəfat etdi

Sosial

Tarif Şurası bu dərmanlarla bağlı QƏRAR VERDİ

Sosial

Füzulidə çoban minaya düşdü - TƏCİLİ

Sosial

Məcnun Məmmədov Ağdamda vətəndaşları qəbul edib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
11
sia.az

10Sources