EN

Azərbaycan banklarının müddətli xarici borcu 50%-dən çox artıb

Bu il yanvarın 1-nə Azərbaycan banklarının müddətli xarici borcu 1 milyard 164 milyon ABŞ dolları təşkil edib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabatda bildirilir.

Sənədə deyilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 50,3 % və yaxud 389 milyon ABŞ dolları çoxdur.

Hesabat ilinin sonuna bankların cəmi öhdəliklərinin 4 %-ni xarici borc təşkil edib.

Chosen
26
3
fed.az

4Sources