EN

İcra hakimiyyətləri ilə bağlı TƏKLİF: Onminlərlə yeni iş yeri yaradıla bilər

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Azad edilmiş ərazilər istisna olmaqla, ölkənin qalan ərazilərində tikinti sahəsində ciddi çətinliklər var".

Oxu.Az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunur ki, mövcud qanunların və qaydaların daha da sadələşdirilməsinə, tələb olunan prosedurların yüngülləşdirilməsinə və bu sahədə baş verən gecikmələrin qarşısının alınmasına, tikinti icazələrinin verilməsinə tələb olunan müddətin bir neçə dəfə azaldılmasına, yerlərdə icra hakimiyyətlərinin vətəndaşlarla səmərəli işləməsinə əngəl yaradan səbəblərin aradan qaldırılmasına, habelə icazələrin verilməsində mərkəzdən asılılığın ciddi şəkildə azaldılmasına ehtiyac duyulur.

Bildirilir ki, bu sahədə aparılacaq islahatlar on minlərlə yeni iş yerlərinin yaradılmasına və əmlak bazarında qiymətlərin artmasının qarşısının alınmasına imkan yarada bilər.

Məlik Məlikov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
oxu.az

1Sources