"İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri davam etdirilir".
Redaktor.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı zamanı dedi.
O əlavə etdi ki, 2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib:
"Ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib. 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır".
Nuriyyə NATİQQIZI