EN

“Azərbaycanın bu beynəlxalq platformaya verə biləcəyi töhfələr diqqət mərkəzindədir”

Xalqcebhesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Cənab Prezident XIII Qlobal Bakı Forumunda çıxış etdi. Bildirim ki, bu, faydalı bir platformadır. Cənab Prezident Forumda həqiqətən önəmli məqamlara, narahat dünyamızda Azərbaycanın sülh və sabitlik uğrunda verdiyi və verə biləcəyi töhfələrə toxundu”.

Bunu xalqcebhesi.az-a açıqlamasında "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan nümunəsi burada çox önəmli bir şəkildə qeyd olundu: “Yəni Azərbaycanın BMT Təhlükəsizlik Şurası tərəfindən təcavüzə məruz qaldığı təsdiqləndiyi halda öz ərazilərini hərbi yolla azad edən və daha sonra həmin hərbi qələbəsini siyasi yolla təsdiqlədən dövlət olaraq bir nümunəni göstərib. Cənab Prezidentin enerji təhlükəsizliyi məsələsinə toxunması çox önəmli idi. Prezident çıxışında Azərbaycanın qaz ixracında, eləcə də region ölkələrinin ticarət iqtisadi logistika məsələsində mühüm rol oynayan bir ölkə olduğunu bildirdi”.

M.Göyüşlünün bildirdiyinə görə, bu beynəlxalq platformaya Azərbaycanın verə biləcəyi töhfələr diqqət mərkəzindədir: “Burada Azərbaycan tərəfindən çox önəmli mesajlar verildi. Düşünürəm ki, həm tədbir iştirakçıları, həm də gələcəkdə beynəxalq ictimaiyyət üçün bu məqamlardan çox faydalı nəticələr çıxarılacaq və real addımlar atılaraq narahat dünyamızın problemlərinə son qoyulmasına çalışılacaq”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
icma.az

1Sources