EN

Baş nazir: “Qarabağa 25.5 milyard pul ayrılıb”

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə mövcud infrastrukturun bərpası və yenisinin inşası, yaşayış məntəqələrinin yenidən qurulması və sosial-iqtisadi həyatın canlandırılması istiqamətində genişmiqyaslı işlər uğurla davam etdirilir”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında ötən ilin yekunlarına dair çıxışında deyib.

Baş nazir bildirib ki, hesabat ilinin sonuna işğaldan azad edilmiş bölgələrdə yaşayan (məskunlaşan, işləyən və oxuyan) əhalinin sayı təqribən 75 min nəfər təşkil edib:

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2020-2025-ci illərdə dövlət büdcəsindən cəmi 22 milyard manat vəsait ayrılıb. (2025- 4.4 mlrd.manat).

2026-cı ildə bu məqsədə 3,5 milyard manat vəsait nəzərdə tutulub. Beləliklə, bu il də daxil olmaqla dövlət büdcəsindən ümumilikdə 25,5 milyard manat vəsait ayrılıb”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
1
cebheinfo.az

2Sources