EN

Regional təhlükəsizlik hazırda ən vacib məsələdir

Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb və sürətlə dəyişən siyasi, iqtisadi və təhlükəsizlik prosesləri ilə xarakterizə olunur. Dünyada artan geosiyasi gərginlik, regional münaqişələr, enerji təhlükəsizliyi məsələləri, eləcə də qlobal əməkdaşlığa olan ehtiyac dövlətlər və beynəlxalq təşkilatlar arasında dialoqun əhəmiyyətini daha da artırır. Məhz belə bir şəraitdə hər il Azərbaycanda keçirilən Bakı Qlobal Forumu beynəlxalq müzakirə platforması kimi mühüm rol oynayır. Forum dünyanın müxtəlif ölkələrindən siyasətçiləri, keçmiş və hazırkı dövlət başçılarını, diplomatları, alimləri və ekspertləri bir araya gətirərək qlobal problemlərin müzakirəsinə imkan yaradır.

Forumun əhəmiyyətini artıran amillərdən biri də onun müzakirə etdiyi mövzuların aktuallığıdır. Tədbir çərçivəsində qlobal təhlükəsizlik, enerji siyasəti, iqlim dəyişiklikləri, texnoloji inkişaf, humanitar problemlər və beynəlxalq hüquq kimi mühüm məsələlər geniş şəkildə müzakirə olunur. Forum həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir. Azərbaycan regionda sabitlik, əməkdaşlıq və dialoq təşəbbüslərinin təşviqində fəal rol oynayan ölkələrdən biridir. 

Aqtıq işinə başlayan XII Qlobal Bakı Forum Azərbaycanın beynəlxalq siyasətdə artan rolunu və qlobal problemlərin həllinə verdiyi töhfəni nümayiş etdirir. Ölkəmiz qlobal dialoq və əməkdaşlıq təşəbbüslərində fəal iştirak edir. 

Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran aktual məsələlərin müzakirə edildiyi nüfuzlu platformaya çevrildiyini xüsusi olaraq qeyd edib. 

Dövlət başçısı çıxışında müasir dövrdə dünya nizamının dəyişdiyini və yeni geosiyasi reallıqların formalaşdığını qeyd etdi. O bildirdi ki, qlobal sistemdə baş verən transformasiyalar dövlətlərdən yeni yanaşmalar və daha fəal əməkdaşlıq tələb edir. Prezident Azərbaycanın balanslaşdırılmış və müstəqil xarici siyasət həyata keçirdiyini, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirdiyini vurğuladı. Bu siyasət nəticəsində Azərbaycan regionda sabitlik və əməkdaşlığın təşviqinə mühüm töhfə verən dövlətlərdən birinə çevrilmişdir.

Bu gün Azərbaycan Avropa və digər regionların enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ölkənin həyata keçirdiyi böyük enerji layihələri və qaz ixracının genişləndirilməsi Azərbaycanın qlobal enerji bazarında strateji əhəmiyyətini artırmışdır. Eyni zamanda, enerji siyasətində şaxələndirmənin bərpa olunan enerji mənbələrinin inkişafının Azərbaycanın strateji prioritetlərindən biridir. 
Regionda davamlı sülh və sabitliyin təmin edilməsi üçün qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri əsas götürülməlidir. Azərbaycanın regionda sülhün və əməkdaşlığın təşviqinə yönəlmiş siyasəti həm regional, həm də qlobal təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
4
olaylar.az

5Sources