EN

Ermənistanda hakimiyyət böhranı dərinləşir: Kənardan milyonlarla dollar gətirilib

ain.az, Bakivaxti saytına istinadən bildirir.

“Ermənistan müxalifəti parlament seçkilərində məğlub olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu erməni siyasi ekspert Georgi Tumasyan deyib.

“Müxalifət növbəti seçkilərdə də məğlub olacaq. Bilirlər ki, “İkinci Gümrü” ssenarisini təkrarlamağa cəhd etsələr də, uduzacaqlar. Agentura şəbəkəsi birləşərək hakimiyyəti ələ keçirmək üçün kənardan ölkəyə milyonlarla dollar gətirib”, - o qeyd edib.

Tumasyan Ermənistan müxalifətinin “sülh yoxdur” iddialarını da başa düşmədiyini bildirib:

“İddia edirlər ki, Ermənistanda sülh yoxdur. Bəs nə olsun, müharibə olmasını istəyirlər?”.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək./Teleqraf 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
3
bakivaxti.az

4Sources