EN

Ötən il 82 nəfər nəzarət olunmayan ərazilərdə suda batıb

Ötən il 82 nəfər nəzarət olunmayan ərazilərdə suda batıb.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2025-ci ildə dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində 32 nəfər, nəzarət olunmayan ərazilərdə 41 nəfər xilas edilib. Nəzarət olunmayan ərazilərdə suda batmış 82 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan başqa, il ərzində FHN-in Aviasiya dəstəsinin balansında olan helikopterlərlə "Neft daşlan", "28 May", "Günəşli" yataqları və Neft Qaz Çıxarma İdarəsi ərazilərində baş verə biləcək neft dağılmalarının aşkarlanması məqsədilə monitorinq və kəşfiyyat uçuşları, Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında dənizdə itkin düşən balıqçıların, dənizdə batmış 1 nəfərin, Astara rayonunun Şahağac kəndi yaxınlığında dənizdə itkin düşən 2 nəfərin axtarışı, Ağdam, Cəbrayıl, Xocavənd, Ağdərə, Zəngilan, Qazax rayonları ərazisində baş vermiş yanğınların söndürülməsi, Qusar rayonunun Laza kəndi istiqamətində və Qaradağ rayonu ərazisində palçıq vulkanları ilə əlaqədar kəşfiyyat aparılması, Qəbələ rayonunda ekoloji vəziyyətlə bağlı müşahidə və çəkilişlər aparılması məqsədilə uçuşlar həyata keçirilib.

Chosen
13
1
apa.az

2Sources