EN

İrandan Türkiyəyə üçüncü raket atılıb? - FOTO

Bu gecə yerli vaxtla saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Türkiyənin Adana vilayətinin hava məkanında yanaraq düşən bəzi cisimlər görünüb.

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə dair ciddi paylaşımları ilə tanınan "savunmasanayiST.com" səhifəsi məlumat yayıb.

Hadisə zamanı hər hansı partlayışın baş vermədiyi bildirilib.

Bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-ya məxsus HHM sistemi vasitəsilə zərərsizləşdirilib.

Qeyd edək ki, bu barədə rəsmi açıqlama edilməyib.

Fidan
Milli.Az

Chosen
66
50
milli.az

10Sources