EN

İranda qız məktəbi səhvən vurulub, hədəf başqa imiş Dəhşətli iddia

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“ABŞ ordusunun süni intellekt sistemi İrandakı bir fabriki məktəblə səhv salmış ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu informasiya təhlükəsizliyi üzrə ekspert İqor Beder deyib.

“ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat məlumatlarını emal etmək üçün istifadə etdiyi süni intellekt (Sİ) yanlış məlumat vermiş ola bilər. Amerika ordusu xeyli müddətdir ki, süni intellektdən istifadə edir. Bu, artıq sadəcə nəzəriyyə deyil, təcrübədir. Söhbət robot terminatorlardan deyil, qərar dəstəyi sistemlərindən gedir”, – deyə o bildirib.

Ekspertin sözlərinə görə, bu cür platformalar peyk görüntülərini, ələ keçirilən rabitəni və dron məlumatlarını təhlil edir, hədəfləri sıralayır və qərar qəbuletməni sürətləndirir:

“Təsəvvür edin ki, ADINT mütəxəssisləri hədəfin, terrorçunun telefonunu izləyiblər. Lakin bu telefon sadəcə “Facebook” və ya “Instagram”dan istifadə edən iranlı bir uşağa məxsusdur. ADINT yalnız hədəfin smartfonunu göstərir, lakin uşağın hazırda ondan istifadə etdiyini göstərmir. Alqoritm əlaqəni aşkarlayır (“telefon təhlükəli ərazidədir”), onun terrorçu olduğunu güman edir və hədəfə zərbə endirməyi tövsiyə edir. Zərbə endirilən zaman hədəf məktəbdə olur”.

Bundan əvvəl “Vaşinqton Post” qəzeti də eyni şeyi yazmışdı. Nəşr mənbələrə istinadən bildirmişdi ki, məktəb kəşfiyyat nəzarəti və ya süni intellekt alqoritmlərindəki nasazlıq səbəbindən sənaye və ya hərbi obyekt kimi səhvən müəyyən edilmiş ola bilər.

Bildirək ki, ADINT – onlayn reklam ekosistemində toplanan məlumatların analiz olunması ilə kəşfiyyat aparılmasıdır.

Xatırladaq ki, Hörmüzqan əyalətinin Minab şəhərində yerləşən Şəcərət əl-Tayyibə Qızlar İbtidai Məktəbinin vurulması zamanı 160-dan çox uşaq həyatını itirmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
globalinfo.az

2Sources