EN

Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən əsas istiqamətlərdən biridir

Azərbaycanla Çin arasında tərəfdaşlıq hərtərəfli strateji xarakter daşıyır. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması isə onu Şanxay Əməkdaşlıq Təşkilatı üçün də vacib tərəfdaşa çevirir.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov XIII Qlobal Bakı Forumunun ikinci günü çərçivəsində keçirilən “Çin və Qlobal İdarəetmə Təşəbbüsü” mövzusunda panel iclasında çıxışında deyib.
Nazir bildirib ki, bu kontekstdə Orta Dəhliz adlandırdığımız təşəbbüs birgə siyasətimizin əsas elementlərindən biridir. Bu dəhliz yalnız ticarət, Çindən, Mərkəzi Asiyadan Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə malların daşınması üçün vacib deyil. Daha önəmlisi isə həm də odur ki, bu dəhliz regionun iqtisadi, ticarət və investisiya inteqrasiyası üçün düzgün və effektiv bir alət kimi istifadə olunur.

Mikayıl Cabbarovun sözlərinə görə, hazırkı transformativ çağırışlar fonunda iqtisadi inteqrasiyanın gücləndirilməsi mühüm önəm daşıyır. Bizim regionda 35 ildən sonra ilk dəfə sülh, sabitlik əldə edilib, sərhədlər açılıb. Bu, eyni zamanda, hazırda davam edən Ermənistan və Azərbaycan arasındakı sülh prosesi sayəsində mümkün olub. Bu mənada Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı bir ittifaqda birləşdirən ortaq siyasətimizin əsas istiqamətlərindən biridir.

Chosen
16
vergiler.az

1Sources