EN

SEPAH-dan şok İDDİA: "Biz vurmuşuq"

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın qərbində ABŞ-yə məxsus yanacaqdoldurma təyyarəsinin vurulduğunu və ekipaj üzvlərinin həlak olduğunu iddia edib.

"Cebheinfo.az"  "Tasnim"-ə istinadən xəbər verir ki, xəbərdə "İraqın qərbindəki İran tərəfdarı qrupların raketləri ilə ABŞ təyyarəsinin vurulduğu və ekipajın həyatını itirdiyi" irəli sürülüb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "KC-135" tipli yanacaqdoldurma təyyarəsinin İraqın qərbində qəzaya uğradığını və hadisənin dost hava məkanında baş verdiyini açıqlamışdı.

CENTCOM-dan verilən yazılı bəyanatda hadisənin İrana qarşı əməliyyat çərçivəsində baş verdiyi, tapşırıqda iki təyyarənin iştirak etdiyi və qəza nəticəsində təyyarələrdən birinin sıradan çıxdığı, digərinin isə təhlükəsiz şəkildə eniş etdiyi qeyd olunub.

Chosen
59
1
cebheinfo.az

2Sources