EN

MOSSAD: Müctəba Xamenei ölü adamdır

BAKI, 13 mart. TELEQRAF

İsrail Müdafiə Qüvvələri sosial şəbəkədə İranın yeni Ali rəhbəri Müctəba Xamenei ilə bağlı paylaşım edilib.

Teleqraf xəbər verir ki, paylaşımda İran liderinə harada olduğu barədə sual ünvanlanıb.

“Haradasan, Müctəba? Niyə Müctəba Xamenei xalqa müraciət edir, amma üzü görünmür? Nəyi gizlətməyə çalışır?”, - İsrail ordusu bildirib.

İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın sosial media hesabında isə belə bir mesaj paylaşılıb:

“Onlar özlərinə rəhbərlik etmək üçün ölü adamı seçdilər - hələ başlamazdan əvvəl bitmiş ölü adam”.

Xatırladaq ki, bundan əvvəl KİV-də Müctəba Xameneinin ağır yaralanması barədə məlumat yayılıb. İran XİN məlumatı təsdiqləyib, bundan sonra dövlət televiziyasında aparıcı ölkənin yeni ali rəhbərinin adından ilk bəyanatı oxuyub.

Chosen
23
3
teleqraf.com

4Sources