Oxumeni.az saytından alınan məlumata görə, ain.az bildirir.
Putin İranın ABŞ və müttəfiqlərinə qarşı hücumlarına gizli şəkildə rəhbərlik edir
İranın bəzi taktiki hərəkətlərinin arxasında Rusiya diktatoru Vladimir Putinin görünməz əli dayanır.
Kəşfiyyat hesabatlarına görə, Rusiya İranla kəşfiyyat məlumatlarını, o cümlədən peyk görüntülərini və dron istifadəsi üçün taktiki tövsiyələri paylaşır. Bu barədə Reuters məlumat yayıb.
Rusiya kəşfiyyatı, ehtimal ki, Fars körfəzi bölgəsində ABŞ, İsrail və onların müttəfiqlərinə qarşı cavab zərbələrində İranı dəstəkləyir. Bloomberg xəbər verir ki, bu, Çinin Tehrana yardım ehtimalı ilə yanaşı, İranla münaqişənin artması təhlükəsi fonunda ABŞ-ın düşmənləri arasında artan əməkdaşlığı göstərir.
Mənbələrə və ABŞ və Qərb kəşfiyyat mənbələrinə görə, Rusiya hazırda İranla kəşfiyyat məlumatlarını, o cümlədən peyk görüntülərini və dron istifadəsi üçün taktiki tövsiyələri paylaşır. Nəşrin qeyd etdiyi kimi, əsas məqsəd İranın bölgədəki ABŞ qüvvələrinə qarşı əks-hücumlarını dəstəkləməkdir.
Böyük Britaniyanın müdafiə naziri Con Hilli də Rusiyanın Yaxın Şərqdəki hücumlar zamanı İrana hücum dronlarından istifadə etməkdə kömək edə biləcəyini təsdiqləyib. The Guardian qəzetinin məlumatına görə, o, bu açıqlamanı Londonda Britaniya hərbi rəsmiləri ilə görüşdən sonra verib.
Hillinin sözlərinə görə, İranın dron istifadəsi ilə bağlı bəzi taktiki qərarlarının arxasında Kreml dayana bilər.
"Düşünürəm ki, İranın bəzi taktiki hərəkətlərinin və bəlkə də bəzi silahlarının arxasında Vladimir Putinin görünməz əlinin dayanması təəccüblü deyil", - nazir bildirib.
Əziz MUSTAFA
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.