EN

I Liqa: Tura Şamaxıda yekun vurulur

Azərbaycan I Liqasında XVIII tura bu gün yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, son oyun günündə bir matç baş tutacaq.

Bağlanış oyununda "Cəbrayıl" və "Zaqatala" üz-üzə gələcəklər. Şamaxıda keçiriləcək oyunu Alik Yunusov idarə edəcək.

Turun əvvəlki oyunlarında "Şəfa" "Şimal"ı 2:0, “Səbail” “Mingəçevir”i 1:0, “Baku Sportinq” “Difai”ni 3:1 hesabı ilə məğlub edib, “Şahdağ Qusar” – MOİK görüşü 1:1 nəticələnib.

Azərbaycan I Liqası
XVIII tur
13 mart 

15:00. “Cəbrayıl” – “Zaqatala”
Hakimlər: Alik Yunusov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.


 

Chosen
19
1
fanat.az

2Sources