EN

Avropa ölkəsindən spirtli içki ilə bağlı QADAĞA

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Polşanın paytaxtı Varşavada gecə saatlarında spirtli içkilərin satışına qadağa tətbiq olunacaq.

Ölkə.Az RMF24-ə istinadən xəbər verir ki,.Şəhər Şurasının qəbul etdiyi qərara əsasən, mağazalar və yanacaqdoldurma məntəqələrində alkoqolun satışı saat 22:00-dan 06:00-dək dayandırılacaq. Qərar voyevod (hökumətin bölgələrdəki rəsmi nümayəndəsi) tərəfindən etiraz edilməzsə, 1 iyundan qüvvəyə minəcək.

Qərar Şəhər Şurasında böyük əksəriyyətlə – 57 lehinə və 2 əleyhinə səslə qəbul edilib. Bundan əvvəl Varşavanın 18 rayon şurası da təşəbbüsü dəstəkləyib. Qadağa ideyası əvvəlcə Miasto Jest Nasze təşkilatı tərəfindən irəli sürülüb və daha sonra şəhər meri Rafal Tşaskovski tərəfindən dəstəklənib.

Bundan əvvəl Varşavanın Śródmieście və Praga-Północ rayonlarında gecə alkoqol satışına pilot qadağa tətbiq olunmuşdu. Şəhər rəhbərliyi bildirir ki, bu addım gecə səs-küyünün, ictimai asayiş pozuntularının və sakinlərin narazılığının azalmasına kömək edib.

Qeyd olunur ki, yeni qaydalar Varşava hava limanındakı rüsumsuz ticarət mağazalarına şamil edilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
olke.az

2Sources