EN

Qlobal idarəçilik çatışmazlığı artmaqda davam edir - U Hunbo

Bakı. Trend:

Qlobal idarəçilik çatışmazlığı artmaqda davam edir

Trend xəbər verirki, 2019-2025-ci illərdə Çinin Avropa məsələləri üzrə xüsusihökumət nümayəndəsi olmuş, 2012-2017-ci illərdə BMT Baş katibininiqtisadi və sosial məsələlər üzrə keçmiş müavini U Hunbo bu gün“Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradanqaldırılması” mövzusunda 13-cü Qlobal Bakı Forumunda deyib.

“Ötən il biz Birləşmiş Millətlər Təşkilatının 80 illikyubileyini qeyd etdik və Çin qlobal idarəetmə təşəbbüsü (GGI) irəlisürdü. Bu gün isə biz son dərəcə mürəkkəb problemlərlə üz-üzəyik.Beynəlxalq ictimaiyyət çoxsaylı çağırışlarla qarşılaşır və qlobalidarəetmə çatışmazlığı artmaqda davam edir ki, bu da ciddinarahatlıq doğurur”, – o bildirib.

U Hunbo qeyd edib ki, Si Cinpin GGI təşəbbüsünü ötən ilinsentyabrında Tyançzində təqdim edib. Onun sözlərinə görə, təşəbbüsBMT-nin Baş katibi Antonio Quterreş tərəfindən müsbət qarşılanıb.Quterreş bildirib ki, bu təşəbbüsün əsas elementləri BMTNizamnaməsinin fundamental prinsiplərinə və beynəlxalq hüquqnormalarına tam uyğun gəlir.

Məqalədə:
Chosen
15
1
az.trend.az

2Sources