EN

Dünən ucuzlaşmışdı, bu gün isə yenidən BAHALAŞDI

İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 10,15 ABŞ dolları və ya 10,6 faiz artaraq bir barel üçün 105,58 ABŞ dolları təşkil edib.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında "Azeri Light" markalı neftin FOB bazasında bir barelinin qiyməti 10,23 dollar və ya 11,2 faiz bahlaşaraq 101,63 dollar olub.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 9,18 dollar və ya 16 faiz artaraq bir barel üçün 66,38 dollara çatıb.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 9,2 dollar və ya 10,1 faiz artaraq bir barel üçün 100,66 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Milli.Az

Chosen
39
1
milli.az

10Sources