Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid Pakistanın paytaxt Kabil və digər əraziləri bombaladığını, nəticədə mülki şəxslərin həyatını itirdiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Kabildə yerləşən Tolo News telekanalının məlumatına görə, Mücahid iki ölkə arasında davam edən gərginliklə bağlı açıqlama verib.
Onun sözlərinə görə, Pakistan Kabil ilə yanaşı Qəndəhar, Paktiya, Paktika və digər ərazilərə də zərbələr endirib.
Mücahid hücumlar zamanı mülki evlərin də hədəfə alındığını bildirib və qadınlar ilə uşaqların həyatını itirdiyini qeyd edib.
O vurğulayıb ki, ən sərt şəkildə qınadıqları bu hücumlar cavabsız qalmayacaq.
Tolo News-a danışan mənbələrin sözlərinə görə, hücumlar nəticəsində 4 mülki şəxs həlak olub, 25 nəfər yaralanıb, 4 ev isə tamamilə dağılıb.
Aytən Yaşar/ Turkustan.az