EN

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Tokat şəhərində  5,5 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkan 6,37 kilometr dərinlikdə qeydə alınıb.

Bildirilir ki, zəlzələ Samsun, Amasya, Ordu və Sivas vilayətlərində də hiss olunub. Belə ki, ciddi dağıntı və ya itki qeydə alınmayıb, ərazilərdə monitorinq davam edir.

Ayxanım Məlikova 

Chosen
74
2
unikal.az

10Sources