EN

Hökumətin hesabatında nələr var?

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Bu gün hökumət Milli Məclisə hesabat verəcək.

Bakıvaxtı.az xəbər verir ki, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hazırladığı illik hesabat artıq parlamentə daxil olub və sənəd bugünkü plenar iclasda müzakirəyə çıxarılacaq.

İclasda Baş nazir Əli Əsədov, eləcə də nazirlər, komitə sədrləri və digər rəsmi şəxslərin iştirakı gözlənilir.

Qanunvericiliyə əsasən, Nazirlər Kabineti hər il Milli Məclisin yaz sessiyasının beşinci iclasında fəaliyyəti barədə hesabat verir. Hesabatda hökumətin 2025-ci ildə gördüyü işlər, sosial-iqtisadi sahədə əsas istiqamətlər və prioritetlər geniş şəkildə əksini tapıb.

Əldə etdiyimiz məlumata görə, hesabatda büdcə ilinin uğurla başa çatması, Böyük Qayıdış proqramının icrasının davam etdirilməsi, azad olunmuş ərazilərə köçürülmələrin yeni mərhələsi, regionlarda sosial infrastruktur layihələrinin icrası və iqtisadi sabitliyin qorunması kimi məqamlar xüsusi vurğulanıb.

Məlumata görə, sənəd 2025-ci ildə hökumətin bütün istiqamətlər üzrə fəaliyyətini əhatəli şəkildə ortaya qoyacaq.

Hökumətin sosial-iqtisadi kursunun davamlı icrası fonunda ölkə iqtisadiyyatının regional və qlobal risklərə baxmayaraq sabitliyini qoruması, milli valyutanın möhkəmliyinin təmin olunması və inkişaf tempinin saxlanması hesabatın əsas nəticələri kimi göstərilir.

Hesabat Milli Məclisin plenar iclasında dinləniləcək və deputatlar öz təklif və rəylərini səsləndirəcəklər. Parlament müzakirələrin ardından illik hesabatla bağlı yekun mövqeyini açıqlayacaq.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
29
bakivaxti.az

1Sources