EN

Federasiya prezidentləri Sərsəng su anbarına baxış keçiriblər FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Cənab Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə Sərsəng su anbarında avarçəkmə və kanoe yarışlarının təşkilinin mümkünlüyünü vurğulamışdı. Bu çıxışdan sonra qısa zaman ərzində Azərbaycanda səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının (ICF) prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana martın 12-də Qarabağda - Sərsəng və Suqovuşan su anbarlarında, həmçinin Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olublar.

"Unikal" xəbər verir ki, Beynəlxalq və Avropa kanoe təşkilatlarının rəhbərləri əvvəlcə Sərsəng su anbarına baxış keçiriblər. Qonaqlara su anbarındakı mövcud vəziyyətlə bağlı ətraflı məlumat verilib. Tomas Konyetsko və Jan Zunqrana Sərsəngdə beynəlxalq yarışların, dünya və Avropa çempionatlarının keçirilə bilməsi üçün su hövzəsinin potensial imkanlarını dəyərləndiriblər.

Daha sonra nümayəndə heyəti 2022-ci ildən etibarən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Prezident Kuboku” və ənənəvi “Mingeçevir Reqatası” beynəlxalq yarışlarının təşkil edildiyi Suqovuşan su anbarını ziyarət ediblər. Suqovuşanda dövlətimiz tərəfindən yenidən qurulan ifrastruktur və su anbarı ətrafında salınmış park qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Günün ikinci yarısında Tomas Konyetsko və Jan Zunqrana Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə gediblər. Baza ilə tanış olan beynəlxalq federasiya rəhbərləri avarçəkmə və kanoe üzrə milli komandaların məşqlərini də izləyiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
18
unikal.az

10Sources