EN

Araz Naxçıvan Karvan Yevlax a qarşı

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 24-cü tura start veriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Mərdəkanda keçiriləcək.

"Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Karvan-Yevlax"ı qonaq edir. Ötən tur ağır məğlubiyyət yaşayan nominal meydan sahibləri autsayderlə görüşdə bunu unutdurmaöğa çalışacaq. Və ən əsası avrokuboklar vəsiqə uğrunda mübarizədən qopmamaq üçün aktivinə 3 xal yazdırmağı planlaşdırır. Bölgə təmsilçisi isə elitada yerini qorumaq istəyir. Yevlax təmsilçisi nə qədər çətin də olsa Mədəkandan xal və ya xallarla dönməyi hədəfləyib. Kimin sonda istəyinə çatacağını isə 90 dəqiqənin tamamında biləcəyik.

Qeyd edək ki, hesabat həftəsinin açılış oyununun start fiti saat 18:30-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XXIV tur

18:30. "Araz-Naxçıvan" - "Karvan-Yevlax"

Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam MəmmədovVAR: Elvin BayramovAVAR: İnqilab MəmmədovHakim-inspektor: Munis AbdullayevAFFA nümayəndəsi: Eldəniz MusayevMərdəkan. "Liv Bona Dea Arena".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
sport24.az

1Sources