EN

İran aviasiyasına ağır zərbə – KC-747 külə döndü - VİDEO

Tehranın Mehrebad hava limanında baş verən hadisə regionda gərginliyin yeni mərhələyə keçdiyini göstərən görüntülərlə yenidən gündəmə gəlib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda İsrailin həyata keçirdiyi hava zərbələrindən sonra İranın KC-747 tipli yanacaqdaşıyan hərbi təyyarəsinin uçuş-enmə zolağında yanaraq məhv olduğu görünür.

Məlumata görə, sözügedən təyyarə İran Hərbi Hava Qüvvələrinin aviasiya əməliyyatları üçün mühüm əhəmiyyət daşıyan tanker təyyarələrindən biridir. Bu tip hava gəmiləri döyüş təyyarələrinin havada yanacaqla təmin olunması və uzunmüddətli uçuşların həyata keçirilməsi üçün istifadə olunur.

Yayılan görüntülərdə nəhəng təyyarənin zərbələrdən sonra ciddi zədələndiyi və qısa müddət ərzində alovlanaraq yararsız vəziyyətə düşdüyü görünür.

Musavat.com

Chosen
44
50
musavat.com

10Sources