EN

Neft qiymətləri ən azı bir neçə ay yüksək qala bilər

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı tezliklə başa çatsa belə, dünya bazarlarında neftin qiyməti ən azı bir neçə ay yüksək qala bilər.

“İki sahil” xəbər verir ki, bu ekspert qiymətləndirmələri Amerikanın "Politico" qəzetində dərc olunmuş məqalədə verilib.

Qeyd olunub ki, ABŞ administrasiyası Hörmüz boğazından tədarükün pozulması nəticəsində yaranan "neft və benzin qiymətlərinin kəskin artması"nın əhəmiyyətini azaltmağa çalışır və qiymətlərin qısa müddət ərzində yüksək səviyyədə qalacağına zəmanət verir.

Lakin qəzetin jurnalistlərinə müsahibə verin bəzi analitiklər Körfəz ölkələrində enerji bazarlarındakı pozuntuların əhəmiyyətli olduğunu və sürətli bir bərpanın artıq mümkün olmadığını qeyd ediblər.

Chosen
43
1
ikisahil.az

2Sources