EN

Serbiya SİLAHLANIR: Çindən raketlər alır

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Serbiya qırıcı təyyarələrinə quraşdırılmış Çinin səsdən sürətli kruiz raketlərinə sahib olduğunu etiraf etdi. Bu raketlərin fotoşəkilləri internetdə yayıldıqdan sonra

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin Çin istehsalı olan səsdən sürətli raketlərə sahib olduğunu etiraf edib.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, o bildirib : "Avropa İttifaqı Rusiyanın müdaxiləsinə qarşı ayıq-sayıq qalmalıdır. Macarıstan və Serbiya bu strategiyanı sınaqdan keçirəcək".

Cənab Vuçiç Serbiya milli televiziyasına bu məsələ ilə bağlı müsahibə verərkən vurğulab :

"Bizdə nümayiş etdirmədiyimiz xeyli silahlar var və daha çox da olacaq".

Dövlət başçısı bu silahlar haqqında əlavə məlumat verməkdən imtina edərək sadəcə onların son dərəcə bahalı və son dərəcə təsirli olduğunu bildirib.

Mütəxəssislər hesab edirlər ki, Çin "YJ-12"nin ixrac versiyası kimi təqdim edilən bu raket hipersəs sürətinə yaxın ola bilər.

Avropa Birliyi üzvlüyünə namizəd olan Serbiya, NATO-nun üzvü olmayan azsaylı Qərbi Balkan ölkələrindən biridir və neytrallığını qorumaq  üçün müdafiəsinə böyük sərmayə qoyub. Ən son silah alışı Fransada istehsal olunmuş on iki "Rafale" qırıcı təyyarəsidir - ümumi sifarişin dəyəri 2,7 milyard avrodur. Belqrad həmçinin Rusiya ilə sıx əlaqələr saxlayır və artıq oradan silah alıb.

Serbiya NATO üzvü olmasa da, cənab Vuçiç Belqradın təşkilatla yaxşı münasibətlər saxladığını və onları qorumaq üçün hər şeyi edəcəyini bildirib:

"Etdiyimiz hər şey ölkəmizi müdafiə etməyə yönəlib".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
42
1
bakivaxti.az

2Sources