EN

Kuba Vatikanla razılıq əsasında 51 məhbusu azad edəcək

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Kuba hökuməti Vatikanla razılığa gələrək yaxın günlərdə 51 məhbusu azad edəcək.

APA xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.

"Kuba dövləti ilə Vatikan arasında tarixən azadlıqdan məhrum edilmiş şəxslərin nəzərdən keçirilməsi və azad edilməsi ilə bağlı əlaqə saxladığı xoşməramlılıq və sıx və davamlı münasibətlər ruhunda Kuba hökuməti yaxın günlərdə həbs cəzasına məhkum edilmiş 51 şəxsi azad etmək qərarına gəlib", - açıqlamada deyilir.

Qeyd olunur ki, bu məhbusların hamısı cəzalarının əhəmiyyətli hissəsini çəkib və həbsxanada yaxşı davranış nümayiş etdiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
62
2
apa.az

3Sources