EN

Britaniya qoşunları İran dronlarını vurdu

Böyük Britaniyanın İraqda yerləşən hərbçiləri İran tərəfindən göndərilən iki pilotsuz uçuş aparatını vurublar.

Publika.az BBC-yə istinadla xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Con Hili bildirib. Nazirin açıqlamasına görə, çərşənbə gecəsi baş verən hücum zamanı bəzi dronlar Ərbildə yerləşən koalisiya hərbi bazasına düşüb və nəticədə bir neçə ABŞ hərbçisi yaralanıb. Hadisə zamanı britaniyalı hərbçilər arasında xəsarət alan olmayıb.

Briqada generalı Qay Foden bildirib ki, Ərbil və İraqın paytaxtı Bağdadda yerləşən başqa bir baza bir neçə dəfə hücuma məruz qalıb. Onun sözlərinə görə, britaniyalı hərbçilər hazırda Ərbildə yerləşərək bazanın müdafiəsinə kömək edirlər. ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra İraqdakı ABŞ hərbi bazaları cavab hücumlarının hədəfinə çevrilib.

Chosen
41
5
publika.az

6Sources