BAKI, 13 mart. TELEQRAF
ABŞ-nin Miçiqan ştatında sinaqoqa edilən hücumda şübhəli bilinən şəxsin kimliyi müəyyən edilib.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi hücumu törədən şəxsin Livanda doğulmuş 41 yaşlı Ayman Məhəmməd Qazali olduğunu açıqlayıb. Bildirilir ki, o, 2016-cı ildə ABŞ vətəndaşlığı alıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, hücum Miçiqan ştatının Vest-Blumfild şəhərində yerləşən "Temple Israel" sinaqoqunda baş verib.