EN

İran səfiri: İraq tankerləri Hörmüz boğazını sərbəst şəkildə keçə bilər

İran səfiri: İraq tankerləri Hörmüz boğazını sərbəst şəkildə keçə bilər

İraq tankerləri Hörmüz boğazından maneəsiz və təhlükəsiz şəkildə keçə bilərlər.

AFN.az "Baghdad Today"a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Bağdaddakı səfiri Məhəmməd Kazım əs-Sadeq bəyan edib. Portalın məlumatına görə, iranlı səfir İraq tankerlərinin Hörmüz boğazını keçə biləcəyini bildirib.

Əs-Sadeqin bu bəyanatından təxminən bir sutka əvvəl Bəsrə yaxınlığındakı İraq ərazi sularında iki tanker hücuma məruz qalmış və gəmilərdə güclü yanğın baş vermişdi. Həmin vaxt İraqın Limanlar İdarəsi ölkənin dəniz limanlarındakı neft terminallarının fəaliyyətinin dayandırıldığını elan etmişdi.

Chosen
75
afn.az

1Sources