Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İran milli komandası ABŞ-ın dünya çempionatından kənarlaşdırılmasını tələb edib.
İdman.Biz “Championat”a istinadən bildirir ki, komanda İranın təhlükəsizliyinə zəmanət verməkdən imtina edən ABŞ prezidenti Donald Trampın sözlərinə belə cavab verib.
İranlıların fikrincə, əgər kimsə kənarlaşdırılacaqsa, bu, “yalnız “ev sahibi” tituluna sahib olan, lakin bu tədbirdə iştirak edən komandalar üçün dünya çempionatının təhlükəsizliyini təmin etmək iqtidarında olmayan” ölkə olmalıdır.
“Heç kim İran milli komandasını dünya çempionatından kənarlaşdıra bilməz”, - komandadan bildirilib.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.