EN

Tramp və Netanyahuya fövqəltəbii güclər ötürülüb: “Telepatik əlaqə qururlar”

İsrail əsilli illüziyaçı Uri Qeller ABŞ Prezidenti Donald Trampa və İsrailin Baş naziri Binyamin Netanyahuya fövqəltəbii güclər ötürdüyünü iddia edib.

Publika.az xəbər verir ki, bu bu bardə "Daily Star" nəşri məlumat yayıb.

İllüziyaçı Tramp və Netanyahunun yeni bacarıqlara uğurla yiyələndiklərini və qorunan rabitə xətləri əvəzinə telepatik əlaqədən istifadə etdiklərini bildirib.

“İndi Donald və Bibiyə (Netanyahu) fövqəltəbii güclərini aktivləşdirməyə kimin kömək etdiyini bilirsiniz”, – deyə Qeller iddia edib.

Chosen
79
publika.az

1Sources