EN

Həmin ailənin başqa bir övladı da o arxa düşüb ölübmüş — Yevlaxda faciə (VİDEO)

Yevlaxda 2024-cü il təvəllüdlü uşaq valideyn tərəfindən nəzarətsiz qaldığından yaxınlıqdan keçən arxa düşərək boğulub.

8 uşaqlı ailənin ən kiçik övladı olan 1 yaş 4 aylıq oğlan küçədə çirkab sular axan arxa düşüb. Bu zaman azyaşlının digər qardaşı hadisə barədə anasına xəbər verib. Yaxınları uşağı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Şəhərin Üzeyir Hacıbəyli küçəsində yaşayan sakinlər bildiriblər ki, baş verən bədbəxt hadisə ərazidə ilk deyil. Bir neçə il öncə həmin ailənin azyaşlı övladlarından biri də bu arxa düşərək həyatını itirib.

“İki il bundan qabaq 3 yaşında bir uşağı o arxa düşüb öldü. Bu il bir uşağı düşüb öldü. Belə zülm olmaz”, - deyə sakinlər qeyd edib.

Küçənin kanalizasiya sularının axıdıldığı arx artıq sakinlərin kabusuna çevrilib.

Məlumata görə, 8 uşaqlı ailənin başçısı Məhəmməd Bəkirov 8 ay öncə xəstəlikdən dünyasını dəyişib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Daha ətraflı “Xəzər TV”nin süjetində:

Chosen
54
14
musavat.com

10Sources