İrana qarşı hərbi əməliyyat başlayandan (28 fevraldan) indiyədək İranda təxminən 6000 hədəf vurulub.
Azreform.info xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, 60-dan çoxu hərbi gəmi olmaqla, İranın 90-dan çox gəmisi zədələnib və ya məhv edilib.
İndiyədək həmçinin 30-dan çox mina yerləşdirən gəmiyə zərbə endirilib.