EN

Keniyada qarışqa oğrusu saxlanıldı

ain.az, 525.az portalına istinadən məlumat verir.

Nayrobi hava limanının mühafizə xidməti çinli turisti saxlayıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, axtarış zamanı onun üzərindən yüzlərlə qarışqa və süfrələri çıxıb.

Məlum olub ki, turist şüşə və kağız borularda 2 minə yaxın qarışqa və onun süfrəsini qaçaqmalçılıq yolu ilə ölkədən çıxarmaq istəyib. Turist həbs edilib, böyük ehtimalla onu həbs cəzası gözləyir.

Qeyd edək ki, Keniyada "Messor cephalotes" növündən olan qarışqalar ekzotik həşəratlar hesab olunur və ölkədən icazəsiz çıxarılması qadağandır. Ötən ilin dekabrında iki belçikalı, keniyalı və vyetnamlı 5 minə yaxın qarışqaya görə həbs edilmişdi.

L.Tağıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
79
525.az

1Sources