EN

Mingəçevirdə mənzildə meyit aşkarlanıb

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mingəçevirdə mənzildən qadın meyiti tapılıb. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən binalardan birində qeydə alınıb. Belə ki, mənzillərdən birində 1963-cü il təvəllüdlü şəhər sakini Rayət Göyüşovanın meyiti aşkarlanıb. İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlamətləri müəyyən edilməyib. Qadının ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
82
4
avtosfer.az

10Sources