Ət yemək ruh yüksəkliyi yaradır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər aparılan elmi tədqiqatlara istinadən məlumat yayıb.
Aparılan son araşdırmalar göstərir ki, rasionda ət məhsullarının bol olması insanın mental sağlamlığına müsbət təsir göstərir.
Məlum olub ki, yüksək miqdarda zülal qəbulu depressiya və təşviş pozuntularından qurtulmağa kömək edir.
Tədqiqat zamanı müəyyən edilib ki, daha çox ət yeyən insanlar digərləri ilə müqayisədə 27% daha az həyəcan və depressiyadan əziyyət çəkirlər.
Qadınlarda isə bu əlaqə daha qabarıq özünü büruzə verir – onlarda psixi problemlərin yaranma riski 40% azalır.
Alimlər bu effekti ətin tərkibindəki amin turşuları ilə izah edirlər. Bu maddələr orqanizmdə “xoşbəxtlik hormonu” olan serotoninin istehsalında iştirak edir və birbaşa insanın əhval-ruhiyyəsinə təsir göstərir.
Xuraman Etibarlı
İnterpress.az