EN

Trampdan İran açıqlaması

ABŞ Prezidenti Donald Tramp İranla bağlı vəziyyətin çox sürətlə inkişaf etdiyini və Tehranın "çox ağır bədəl" ödədiyini bəyan edib.

Publika.az xəbər verir ki, Ağ Evdə çıxış edən dövlət başçısı baş verənləri uğurlu adlandırıb.

"İranla bağlı vəziyyət çox sürətlə inkişaf edir. Hər şey çox yaxşı gedir... Hazırda onlar çox ağır bədəl ödəyirlər", – deyə Ağ Ev rəhbəri bildirib.

Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail Tehran da daxil olmaqla, İran ərazisindəki hədəflərə zərbələr endirməyə başlayıb. Dağıntılar və dinc sakinlər arasında tələfatın olduğu bildirilir. İran buna cavab olaraq İsrail ərazisinə və ABŞ-ın regiondakı hərbi bazalarına zərbələr endirir.

Chosen
60
5
publika.az

7Sources